Simsar.az | bizi özünüzə Simsar bilin
Yaralı tələbələrdən 2-si Kliniki Tibbi Mərkəzə köçürüldü

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alan tələbələrin durumu stabildir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova lent.az-a bildirib ki, qəza zamanı xəsarət alan tələbələrdən 5-nin müalicəsi hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında davam etdirilir: "Qəza sonrası Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmiş iki xəstə isə 1 saylı Kliniki Tibbi Mərkəzə köçürülüb. Hər iki qız çənə nahiyəsindən əməliyyat olunmalıdır. Amma durumları stabildir. Qorxulu bir şey yoxdur".

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş 1997-ci il təvəllüdlü Rəsul Sadıqov və 1999-cu il təvəllüdlü Emin Həmidovun da vəziyyəti stabildir və müalicələri davam etdirilir.

Xatırladaq ki, martın 9-da Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən qəza baş verib.

13 Mart, 2017  13:18 Baxılıb: 1130

Bu bölmədə