Simsar.az | bizi özünüzə Simsar bilin
Son 2 ayda 96 nəfər qidadan zəhərlənib, 3-ü dünyasını dəyişib - STATİSTİKA

Bu ilin fevral ayı ərzində Azərbaycanda əhali arasında 36 qida zəhərlənməsi baş verib. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən  verilən məlumata görə, bu hadisələrdən 52 nəfər zərər çəkib.

Fevral ayında 2 botulizm hadisəsi baş verib ki, bundan da 4 nəfər zəhərlənib. Qida zəhərlənmələri nəticəsində 2 nəfər dünyasını dəyişib. Qida zəhərlənmələrinin hamısı məişət zəminində hazırlanan məhsullardan baş verib.

Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 67 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 96 nəfər zərər çəkib, 3 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib, nəticədə 924 nəfər zəhərlənib. Ötən il 36 botulizm hadisəsi olub ki, nəticədə 55 nəfər zərər çəkib, 2 nəfər dünyasını dəyişib.

Simsar.az

13 Mart, 2017  12:50 Baxılıb: 1023

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası