Kim alimdirsə, çox pensiya alacaq
Artımlar 5960 nəfər pensiyaçıya şamil olunacaq Simsar.az-ın məlumatına görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əlavə edilməsi barədə müvafiq təkliflər Milli Məclisinin müzakirəsinə təqdim olunub. Təqdim olunan layihəyə əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya tədris müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarının pensiyasının baza hissəsinin üzərinə əlavələr ediləcək. Layihəyə əsasən, qeyd olunan kateqoriyadan olan pensiyaçıların pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat məbləğində, fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanması nəzərdə tutulur.
31 May, 2011 20:31 ⁄ Baxılıb: 1188
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |