Simsar.az | bizi özünüzə Simsar bilin
Bu gün Ermənistanda mitinqdir

Ermənistanın müxalifətçi Erməni Milli Konqresi (EMK) bu gün Yerevanın Azadlıq meydanında mitinq keçirəcək.

Simsar.az tert.am saytına istinadən verdiyi məlumata görə, saat 19:00-da başlayacaq mitinqi 2008-ci ildən həbsdə olan və bu günlərdə azadlığa buraxılmış müxalifətçi «Haykakan jamanak» qəzetinin baş redaktoru Nikol Paşinyan aparacaq. Onunla yanaşı, bu günlərdə azadlığa çıxmış bir sıra siyasi məhbuslar da mitinqdə çıxış edəcək.
Mitinqdən sonra yürüş keçiriləcək.

31 May, 2011  20:15 Baxılıb: 995

Bu bölmədə