Simsar.az | bizi özünüzə Simsar bilin
"Bu barədə fikir söyləməyə çətinlik çəkirəm"

Səfir Brayza: “Prezidentlərin bəyanatı məndə ümid yaradıb”

“Rusiya, ABŞ və Fransa prezidentlərinin “G-8” ölkələrinin bu yaxınlarda Dovildə keçirilən sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış etmələri həm ABŞ-ın, həm də həmin ölkələrin bu münaqişənin sülh yolu ilə həlli üçün çalışdıqlarına bir daha sədaqətli qalmaları kimi dəyərləndirilməlidir”.

APA-nın Cənub bürosunun məlumatına görə, bu fikirləri Lənkəranda səfərdə olan ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri Metyu Brayza jurnalistlərlə söhbətində bildirib.

Səfirin sözlərinə görə, ABŞ prezidentinin həmin görüşdə qeyd etdiyi kimi, artıq Azərbaycan və Ermənistan prezidentlərinin bir araya gəlməsinin vaxtı çatıb: “Biz inanır və ümid edirik ki, hər iki ölkə prezidenti yekun sülh razılaşmasının təməlini təşkil edən prinsiplər barədə düşünəcəklər. Doğrudur, baza prinsipləri yekun sülh razılaşması demək deyil, amma bu, həmin yekun sülh razılaşmasının əsasını, təməlini təşkil edən bir razılaşma sənədidir. Mən Azərbaycana səfir kimi gələndən qeyd etmişəm ki, mənim missiyam daxilində Minsk Qrupunun fəaliyyətinə dəstək verməkdən, kömək göstərməkdən daha vacib bir məsələ yoxdur. Çünki bu münaqişə yalnız sülh yolu ilə öz həllini tapa bilər”.

Azərbaycan və Ermənistan prezidentlərinin gələn ay baş tutacaq görüşünə münasibət bildirən Metyu Brayza bildirib ki, hazırda danışıqlarda vasitəçi olmadığına görə, bu barədə fikir söyləməyə çətinlik çəkir: “Amma ABŞ, Rusiya və Fransa prezidentlərinin Dovil bəyanatı məndə də bir ümid yaradıb. Ümid edirəm ki, prezidentlər Əliyev və Sərkisyanın martın 5-də Soçi görüşündən sonra yaranmış nikbin müsbət mühit növbəti görüşdə də davam edəcək”.

31 May, 2011  19:34 Baxılıb: 1006

Bu bölmədə