Simsar.az | bizi özünüzə Simsar bilin
Hande Yener və Gökhan Özeni azərbaycanlılar aldatdı

“May ayının 30-u 2011-ci ildə Bakıda təyin edilən konsert proqramından xəbərsizik"

Türkiyə şou-biznesinin 2 ulduzu - Hande Yener və Gökhan Özen Bakıda konsert verməli idi. Xeyriyyə konsertindən əldə olunacaq gəlir isə talassemiyalı uşaqların müalicəsinə sərf olunacaqdı.

Simsar.az-ın məlumatına görə, may ayının 30-na təyin edilən konsert baş tutmayıb. Hər iki ulduz müğənninin Türkiyə mətbuatında və rəsmi saytlarında yer alan rəsmi müraciətlərində qeyd olunur ki, əslində bu konsert təşkilatçıların “oyun”udur. Hande Yener və Gökhan Özen adlarından istifadə olunaraq, Azərbaycandakı pərəstişkarlarının aldadıldığından məyus olduqlarını bildiriblər.

Müğənnilərin rəsmi müraciəti belədir: “May ayının 30-u 2011-ci ildə Bakıda təyin edilən konsert proqramından xəbərsizik. Bizim adımızdan istifadə edilərək bilet satışı olub. Lakin bu konsertlə bağlı heç bir anlaşma və müqaviləmiz yoxdur. Bütün azərbaycanlı musiqisevərlərə bu tədbirlə heç bir əlaqəmizin olmadığını məyusluqla bildirməliyik”.

Məlumat üçün bildirək ki, sözügedən konsertlə bağlı ilk məlumatda Hande Yener və Gökhan Özenin Bakının məşhur istirahət və əyləncə mərkəzlərindən birində yay mövsümünün açılışına gələcəyi qeyd olunmuşdu. Növbəti məlumatlarda isə konsertin talassemiyalı xəstələrə yardım məqsədilə gerçəkləşəcəyi bildirilirdi.

31 May, 2011  17:14 Baxılıb: 1265

Bu bölmədə