Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ ordusuna yeni rəhbər

General Martin Dempsinin 59 yaşı var

ABŞ prezidenti Barak Obama general Martin Dempsi rəsmən Birləşmiş Qərargahlar Komitəsinin sədri postuna təyin edib. 

Simsar.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Barak Obama deyib ki, Martin Dempsi 40 ildir hərbi xidmətdədir və ABŞ-da ən nüfuzlu, təcrübəli generallardan biridir. 

Qeyd edək ki, ABŞ-da Birləşmiş Qərargahlar Komitəsinin sədri ən yüksək hərbi postdur. Martin Dempsi bu postda admiral Mayk Malleni əvəz edib. 59 yaşlı general vəzifəsinin icrasına bu ilin sentyabrında başlayacaq.

31 May, 2011  17:05 Baxılıb: 1000

Bu bölmədə