Simsar.az | bizi özünüzə Simsar bilin
Qırıcılar dinc sakinləri qırdı

Saleh qiyamçılara amansız müharibə elan etdi

Mayın 30-da Yəmən Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qiyamçıların nəzarətində olan Zincibar şəhərinə zərbə endirib. 

Simsar.az-ın “Reutres” agentliyinə istinadən verdiyi məlumata görə, 30 dinc sakin həyatını itirib. Yəmən prezidenti Əli Abdall Saleh şəhərə nəzarət edən qiyamçıların “əl-Qaidə” terror təşkilatının üzvləri olduğunu iddia edib. Şahidlər təyyarələrin qiyamçıların mövqeyini bombaladığını, bir neçə mərminin yaşayış evlərinə düşdüyünü bildiriblər. 


Qeyd edək ki, Zincibar şəhəri mayın 29-da, bazar günü 300 nəfər silahlı qiyamçı tərəfindən ələ keçirilib. Bazar günü və bu həftənin birinci günü isə paytaxt Sənada prezident Əli Abdal Salehin tərəfdarları və əleyhdarları arasında qanlı və ağır döyüşlər davam edib.

31 May, 2011  16:54 Baxılıb: 1053

Bu bölmədə