Simsar.az | bizi özünüzə Simsar bilin
Əhmədinejad Ermənistana səfər edəcək

Bu barədə “Fars” agentliyi informasiya yayıb.

İran prezidenti Mahmud Əhmədinejad iyunun 6-da 2 günlük səfərlə Ermənistana gedəcək. Simsar.az-ın məlumatına görə, bu barədə “Fars” agentliyi informasiya yayıb.

Əhmədinejadın səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və digər vəzifəli şəxslərlə görüşü nəzərdə tutulub. Xatırladaq ki, Sarkisyan martın 27-də Tehrana səfər edərək Əhmədinejadla görüşüb.

31 May, 2011  15:14 Baxılıb: 1039

Bu bölmədə