Simsar.az | bizi özünüzə Simsar bilin
Barak Obama: “ABŞ Azərbaycanla tərəfdaşlığı yüksək dəyərləndirir”

ABŞ prezidenti Barak Obama 28 May – Respublika günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Simsar.az-ın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Respublika Günü və müstəqilliyinizin iyirminci ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından təbrik edirəm. Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlığını yüksək dəyərləndirir. Birləşmiş Ştatlar regional enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək məqsədilə daha böyük imkanların inkişaf etdirilməsinə sadiqdir.

Milli bayramınız və bu tarixi ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqda Amerika xalqı da mənə qoşulur”.

28 May, 2011  00:26 Baxılıb: 1143

Bu bölmədə