Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev nazirlərin üçüncü toplantısında iştirak edib

Fevralın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb.

Simsar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.

Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç çıxış edib.

Toplantı işini plenar sessiyalarla və “dəyirmi masa” ilə davam etdirir.

Tədbirdə 10-dan artıq ölkənin nümayəndəsi iştirak edir. Məşvərət Şurasının III iclasında ABŞ-ı dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan, Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson, Avropa İttifaqını isə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç təmsil edir. Avropa İttifaqının nümayəndə heyətinin tərkibinə, həmçinin Avropa Komissiyasının nümayəndələri Bernard Birvert, Andras Rozmer, Kurt Qlayzer və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard daxildir.

İclasda “Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş ölkələrin nazirlərindən - Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda, Yunanıstanın ətraf mühit və energetika naziri Georgios Statakis, Albaniyanın energetika və sənaye nazirinin müavini İlir Bejtja, Bolqarıstanın energetika naziri Nikolay Pavlov və onu müşayiət edəcək “Bulgarian Energy Holding”, “Bulgargaz”, “İGB” və Energetika Nazirliyinin nümayəndələri də iştirak edirlər.

Monteneqronun iqtisadiyyat naziri Dragitsa Sekuliç, Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviç, Bosniya və Herseqovinadan isə xarici ticarət naziri Mirko Saroviç tədbirə qatılıb. Serbiya, Rumıniya, Macarıstan, Çexiya, Polşa və Ukraynanın nümayəndələri qismində bu ölkələrin Azərbaycandakı səfirləri müəyyənləşib.

23 Fevral, 2017  12:26 Baxılıb: 1598

Bu bölmədə