Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Bruney Sultanını təbrik edib

Simsar.az xəbər verir ki, prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".

22 Fevral, 2017  19:38 Baxılıb: 1569

Bu bölmədə