Simsar.az | bizi özünüzə Simsar bilin
15 yaşlı məktəbli dərsə gedərkən öldü

Masallıda 15 yaşlı məktəbli ölüb. Hadisə rayonun böyük Kolatan kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü İlqar Zaur oğlu Əmənov evdən çıxıb dərsə gedəndə həyətdə qəflətən yıxılaraq  ölüb. Kəndin icra nümayəndəsi Valeh  Mikayılov məktəblinin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib. İ. Əmənovun atası 6 ay öncə vəfat edib. (apa)


22 Fevral, 2017  15:22 Baxılıb: 1626

Bu bölmədə