Nazir Almaniyaya getdi
Daxili işlər naziri Ramil Usubov Berlin şəhərində keçirilən 20-ci Avropa Polis Konqresində iştirak etmək üçün fevralın 20-dən Almaniya Federativ Respublikasında işgüzar səfərdədir. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a daxil olan xəbərə görə, nazir “Sərhədsiz Avropa? Azadlıq, mobillik və təhlükəsizlik” olan tədbirin konfrans çərçivəsində keçirilən panellərində iştirak edib. Konqres zamanı terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyəti üçün rəqəmsal platformalar, ictimai yerlərin müşahidəsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub. Hər il keçirilən, daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan bu forumda dünyanın bir çox dövlətlərinin daxili işlər nazirləri, Avropa İttifaqının məsul nümayəndələri, polis və sərhəd təhlükəsizliyi qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri iştirak edirlər.
22 Fevral, 2017 14:57 ⁄ Baxılıb: 1436
Bu bölmədə18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var17 Aprel, 2024 Hadı Rəcəbli vəfat etdi15 Aprel, 2024 Çingiz Abdullayevin səhhəti ilə bağlı vəziyyət açıqlanıb |