Simsar.az | bizi özünüzə Simsar bilin
Tehranda qaz kəməri partlayıb, 5 nəfər ölüb

İranın paytaxtı Tehran şəhərində qaz kəmərindəki partlayış nəticəsində 5 nəfər ölüb. Ötən gecə paytaxtın cənub-qərbindəki Xəlic Fars bölgəsində güclü partlayış baş verib. Partlayış nəticəsində 3 ev dağılıb və sakinlər dağıntılar altında qalıb. Partlayış qaz kəmərindəki sızıntıdan qaynaqlanıb. İndiyədək dağıntılar altından 5 nəfərin cəsədi çıxarılıb. Ölənlər 3 qadın, bir qız uşağı və 10 yaşlı oğlan uşağıdır. Partlayış nəticəsində 7 nəfər yaralanıb və onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb.(apa)

22 Fevral, 2017  12:42 Baxılıb: 1669

Bu bölmədə