Gömrükdə siqaret əməliyyatı
Gəncə Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindənSimsar.az-a bildiriblər ki, həmin məlumat əsasında idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi "Hyundai Tucson" markalı minik avtomobili Gəncə şəhərinin Kəpəz rayonu, Dədə Qorqud küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı Azərbaycanın aksizi ilə markalanmamış 20.000 ədəd "Dubao RED" adlı siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
22 Fevral, 2017 12:06 ⁄ Baxılıb: 1438
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |