Ərdoğan Mehriban Əliyevanı təbrik edib
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Simsar.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki,Türkiyə Prezidenti xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib. Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər. Sonra Türkiyə Prezidenti xanım Mehriban Əliyeva ilə danışaraq onu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, yüksək dövlət vəzifəsində fəaliyyətində uğurlar arzulayıb. Xanım Mehriban Əliyeva göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
21 Fevral, 2017 20:20 ⁄ Baxılıb: 1529
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır19 Fevral, 2024 Prezident İlham Əliyev Türkiyədə səfərdədir |