Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilər cəbhəyanı kəndi atəşə tutub

Ermənilər cəbhəyanı kəndi atəşə tutması nəticəsində ot tayası yanıb. Hadisə Ağdamın Hacıməmmədli kəndində qeydə alınıb. Kənddə məskunlaşan Nuridə Məmmədovanın bildirdiyinə görə, ermənilər kəndi yandırıcı güllələrlə atəşə tutub. Güllələrdən biri N. Məmmədovanın həyətində olan tayasına düşdükdən sonra yanğın başlayıb. Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.(apa)

21 Fevral, 2017  19:30 Baxılıb: 1513

Bu bölmədə