Salyan sakini canavarla döyüşdə qalib gəlib
Salyan rayonunda canavar kənd sakininə hücum edib. Hadisə rayonun Quyçu kəndində baş verib. Belə ki, həmin kəndin sakini, 36 yaşlı Vüsal Ziyafət oğlu Abbasov səhər saatlarında qoyunları otarmaq üçün örüş sahəsinə buraxıb. Bu zaman qoyun sürüsünə tərəf canavarın gəldiyini görüb. Qoyunları qorumaq məqsədi ilə irəli çıxıb. Canavar birbaşa V.Abbasovun üstünə hücum çəkib. Bu zaman itlər Vüsalın köməyinə çatıb. V.Abbasovla canavarın mübarizəsi 20 dəqiqə çəkib. Kənd sakini canavarı xəsarət almadan zərərsizləşdirib. Kənd sakinlərinin dediyinə görə, həmin ərazilərdə canavarlar çox olduğundan bu günlərdə bir neçə baş at yalquzaqlar tərəfindən parçalanıb. (“Report”)
21 Fevral, 2017 18:09 ⁄ Baxılıb: 1441
Bu bölmədə18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var17 Aprel, 2024 Hadı Rəcəbli vəfat etdi15 Aprel, 2024 Çingiz Abdullayevin səhhəti ilə bağlı vəziyyət açıqlanıb |