Simsar.az | bizi özünüzə Simsar bilin
Sülhməramlı səfir Aleksander Şapiro Suliman Mehriban Əliyevanı təbrik edib

Bildiyimiz kimi bu gün Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayaraq, Mehriban Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti təyin edib. Bu münasibətlə CIPDH - nin (Fransa Beynəlxalq İnsan Hüquqları Mühafizə Komitəsi) beynəlxalq əlaqələr üzrə sədri, AZER-İSRA Holdingin prezidenti,"SAFADİ" adına Beynəlxalq Diplomatiya Akademiyasının sədri, sülhməramlı səfir Aleksander Şapiro Suliman simsar.az vsitəsilə ölkənin birinci xanımını təbrik edib. O bildirib ki, prezident İlham Əliyevin bu təyinatı Azərbaycan üçün çox uğurlu addımdır. "Mehriban Əliyeva artıq neçə illərdir öz ictimai fəaliyyətilə çoxlarına örnəkdir. Əminəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq. Mən də öz növbəmdə ona bu məsuliyyətli yolda uğurlar arzu edib, təbriklərimi çatdırıram”.

21 Fevral, 2017  17:27 Baxılıb: 1518

Bu bölmədə