Simsar.az | bizi özünüzə Simsar bilin
Lənkəranda üstünə qaz sobası aşan qadın ölüb

Lənkəranda 60 yaşlı qadın yanaraq ölüb. Vilvan kənd sakini, 60 yaşlı Səmədova Əzimə Hacırza qızının üzərinə qaz sobası düşüb. Yalnız yaşayan qadın aşan sobanın altından çıxa bilməyib və yanaraq, ölüb.

Məlumata görə, Ə. Səmədova uzun illər ruhi-əsəb xəstəliyindən əziyyət çəkb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(apa)

21 Fevral, 2017  16:21 Baxılıb: 1684

Bu bölmədə