Simsar.az | bizi özünüzə Simsar bilin
"Mehriban Əliyeva uzun illərdir ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayıb"

Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Ş urasının iclası keçirilib. Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib. Dövlət başçısı deyib: "Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır və bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır".

21 Fevral, 2017  15:23 Baxılıb: 1625

Bu bölmədə