Simsar.az | bizi özünüzə Simsar bilin
512 uşaq dilənçiliklə məşğul olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda avaralıq, dilənçiliklə məşğul olan uşaqların və küçə uşaqlarının sayını açıqlayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rabil Süleymanzadə bildirib ki, ötən il 25 küçə uşağı aşkarlanıb.

2016-cı ildə avaralıq və dilənçiliklə məşğul olan yetkinlik yaşına çatmayan 512 uşaq müəyyənləşdirilib.

R.Süleymanzadə əlavə edib ki, keçən il yol nəqliyyat hadisəsi nəticəsində ölən azyaşlıların sayı 53 olub.(trend)

21 Fevral, 2017  14:39 Baxılıb: 1436

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası