Simsar.az | bizi özünüzə Simsar bilin
Roma Papasının nümayəndəsi: “Xocalıda insanlar soyqırımına məruz qalıb"

Roma Papasının Bakıdakı nümayəndəsi Vladimir Fekete Xocalı soyqırımının bəşəriyyətə qarşı ən böyük ədalətsizlik adlandırıb. Qafqaz Müsəlmanları İdarəsində bu gün keçirilən “Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! “Xocalıya ədalət!”” adlı tədbirdə V. Fekete bildirib ki, Xocalıda insanlar soyqırımına məruz qalıb və o, həmişə həmin qurbanlar üçün duasını əsirgəməyəcək.

O qeyd edib ki, Xocalıda insanlığa qarşı cinayət törətməklə günah və ədalətsizlik işlədənlər cəzasız qalmayacaq: “Böyük Yaradan mütləq onların cəzasını verəcək. Mən Xocalıda törədilən soyqırımına, ədalətsizliyə məruz qalan azərbaycanlılar üçün duamı heç vaxt əsirgəməyəcəyəm”.


21 Fevral, 2017  13:38 Baxılıb: 1513

Bu bölmədə