Simsar.az | bizi özünüzə Simsar bilin
Sabah da gün çıxacaq

Bakı və Abşeron yarımadasında fevralın 22-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.  Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Simsar.az -a verilən məlumata görə, havanın temperaturunun gecə 1-4° isti, gündüz 8-12° isti, Bakıda gecə 1-3° isti, gündüz  10-12° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  767  mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 %  təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.   Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

21 Fevral, 2017  13:15 Baxılıb: 1456

Bu bölmədə