ABŞ konqresmeni Xocalı soyqırımını pisləyib
ABŞ Konqresinin Kaliforniyadan olan üzvü, konqresmen Xuan Varqas Xocalı qətliamının 25-ci il dönümü ilə əlaqədar geniş bəyanatla çıxış edib. Simsar.az xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyanatda, Xocalı qətliamı zamanı öldürülən azərbaycanlılardan bəhs olunub və bu dəhşətli faciə pislənilib. Sənəddə 1992-ci ildə fevralın 26-da Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilib. Həmçinin, “Human Rights Watch” təşkilatına istinad edilərək “bu faciənin regionda ən böyük qətliam” olaraq qeydə alındığı vurğulanıb. Bildirilib ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma və tolerantlığın nə qədər zəruri olduğunu göstərir. Qeyd edək ki, Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqonu, eləcə də ştatın İmperial Vilayətini 2013-cü ildən ABŞ Konqresinin Nümayəndələr Palatasında təmsil edən konqresmen Xuan Varqas Demokratlar Partiyasına mənsubdur. O, Konqresin maliyyə xidmətləri komitəsinin üzvüdür. Öncələr, Kaliforniya Ştat Senatı və Assambleyasının üzvü olub.
21 Fevral, 2017 11:48 ⁄ Baxılıb: 1604
Bu bölmədə1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı8 İyun, 2022 İranda qatar qəzası - 17 ölü, 50 yaralı |