Simsar.az | bizi özünüzə Simsar bilin
Deputatların iş vaxtı uzadıldı

Milli məclis istirahətə getməkdən imtina etdi

Simsar.az-ın məlumatına görə, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.

O, qeyd edib ki, daxili nizamnaməyə əsasən, ayın sonu yaz sessiyası başa çatmalıdır. “Amma baxılması vacib olan bir sıra məsələlər qalır. Ona görə də 78 deputat yaz sessiyasının vaxtının uzadılması barədə müraciət edib” - deyə, O.Əsədov vurğulayıb.

Spiker yaz sessiyasının vaxtının uzadıldığını, parlamentin iyun ayı ərzində də işləyəcəyini bəyan edib.

27 May, 2011  21:06 Baxılıb: 1002

Bu bölmədə