Simsar.az | bizi özünüzə Simsar bilin
İstanbulda "XXI əsrin Madonnası" və "İki ölkə üçün bir ürək" adlı rəsm sərgisi keçirilib

İstanbul - Rusiya və qonşu ölkələr təşəbbüskarlar dərnəyinin təşkilatçılığı ilə İstanbulda "XXI əsrin Madonnası" və "İki ölkə üçün bir ürək" adlı rəsm sərgisi keçirilib.

İstanbuldakı Rusiya Konsulluğu, İnsanların Ulusu Məclisi (The Assembly of People's Nations), bəzi tədris institutları və Türkiyədəki dövlətə aid və özəl qaleriyaların dəstəklədiyi bir proyektdir. Bu proyekt əslində "İki ölkə üçün bir ürək" adlı sərginin əsas məqsədi əslində eyni anda iki fərqlı millətdən olan Rus - Türk ata -a analı ailələrin günlük yaşantılarını göstərərək, bu iki ölkə arasındakı insani bağları gücləndirmək və analıq mədəniyyəti haqqındakı məlumatların ötürülməsini dəstəkləməkdir.

Sərgidə iki fərqli toplumu təmsil edən və iki ölkə üçün tək ürəyi olan uşaqların böyüdüyü bu ailələrdə kinə, müharibəyə və şiddətə yer olmadığı göstərilib. Sevginin yaşadığı bir ailədə neqativ hallar qəbuledilməzdir. Sözügedən ailələrin fotolarının yer aldığı sərgi bu il noyabr ayında İstanbul, Ankara və Antalyadakı qaleriyalarda təşkil ediləcək. Fotoların onlayn sərgilənməsi də nəzərdə tutulub.

Simsar.az

 

20 Fevral, 2017  17:25 Baxılıb: 1681

Bu bölmədə