Simsar.az | bizi özünüzə Simsar bilin
Bərdədə 21 yaşlı oğlan qaçırdığı avtomobillə qəza törədib

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bərdə rayon sakini, 21 yaşlı Nicat Xaliq oğlu Məmmədli rayon mərkəzi bazarının qarşısında dayanmış avtomobili qaçırıb.

Fiziki qüsurlu olduğu deyilən N. Məmmədli idarə etdiyi avtomobili dəmir hasara çırpıb. Onun ağır xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi, vəziyyətinin ağır olduğu bildirilir.(apa)

20 Fevral, 2017  16:31 Baxılıb: 1632

Bu bölmədə