Simsar.az | bizi özünüzə Simsar bilin
Birləşmiş Ərəb Əmirliklərinə qar yağdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xayma əmirliyinə qar yağıb. "Report"un verdiyi məlumata görə, yerli sakinlər qarın əmirliyin dağlıq ərazilərinə yağdığını bildiriblər.

Qeyd edək ki, bu günlərdə BƏƏ-də region üçün qeyri-adi soyuq hava müşahidə olunur. Şimaldan gələn siklon nəticəsində havanın temperaturu 10 dərəcədən çox aşağı düşüb.

Eyni zamanda, bu gün Dubay və Əbu-Dabi şəhərlərində qısamüddətli yağış yağıb.

20 Fevral, 2017  15:29 Baxılıb: 1619

Bu bölmədə