Simsar.az | bizi özünüzə Simsar bilin
Saxta dollar kəsib satanlara üst-üstə 27 il həbs verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul hazırlamaqda ittiham olunan Emin Abışov, Əli Rüstəmov və Vüqar Abbasovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə E. Abışov 9 il, Ə. Rüstəmov və V. Abbasovun hər biri isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, ötən ilin fevralında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini Emin Abışov 796 ədəd 100 dollarlıq saxta əsginası 49 min manata satmaq istəyərkən saxlanılıb.

Aparılmış tədbirlərlə saxta əsginasların ona Bakı şəhər sakini Vüqar Abbasov və Gürcüstan vətəndaşı Əli Rüstəmov tərəfindən verildiyi müəyyən edilib və hər iki şəxs polis əməkdaşları tərəfindən tutulub. Baxış zamanı Ə.Rüstəmovun üzərindən 2 ədəd, V.Abbasovdan isə 10 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.

20 Fevral, 2017  15:25 Baxılıb: 1486

Bu bölmədə