Simsar.az | bizi özünüzə Simsar bilin
17 dilənçi tutuldu

Son iki gündə avaralıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb.Daxili İşlər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, fevralın 18-də Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 6 nəfər saxlanılaraq barələrində protokol tərtib edilib. Fevralın 19-da isə paytaxtın Nərimanov, Yasamal və Səbail rayonları ərazilərində avaralıq və dilənçiliklə məşğul olan 11 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.

20 Fevral, 2017  13:37 Baxılıb: 1514

Bu bölmədə