Simsar.az | bizi özünüzə Simsar bilin
Falçı Elmira 7 il həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Esmira Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Report“un məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Məhkəmənin hökmü ilə E.Muradova 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Qeyd edək ki, E.Muradova Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinib. O, paytaxt sakinlərini fala baxmaq və işə düzəltmək adı ilə aldadaraq pullarını dələduzluq yolu ilə ələ keçirib.

E.Muradova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddələri ittiham olunub.

20 Fevral, 2017  12:45 Baxılıb: 2411

Bu bölmədə