Moskvada azərbaycanlıların da çalışdığı bazar yanıb
Moskvada inşaat materialları satılan bazarda güclü yanğın olub. Lent.az -ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Mıtışşenski bazarında baş verən yanğın nəticəsində 4 min kv metr ərazi külə dönüb. Ətrafı qatı tüstü dumanı bürüyüb. Bu səbəbdən təhlükəsizlik tədbirləri nəticəsində yaxınlıqdakı ərazilərdən sakinlər təxliyə edilib. Yanğının anbarlardan başladığı, orada isə odameylli avadanlığın saxlanıldığı ehtimal olunur. Moskva şəhərinin Fövqəladə Hallar üzrə İdarəsi 100 nəfərin ərazidən uzaqlaşdırıldığı barədə məlumat yayıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər ərazilər üzrə bölünüb. Bölgəyə helikopterlərin də cəlb edildiyi deyilir. Bazarda daha çox postsovet ölkələrindən olan xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar da çalışır. Araşdırmalara başlanıb.
20 Fevral, 2017 09:22 ⁄ Baxılıb: 1395
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |