Simsar.az | bizi özünüzə Simsar bilin
İyunun 15-i Bakıda yeni metrostansiya açılacaq

Yeni tikilən metronun “Dərnəgül” stansiyasının giriş və çıxış yeri məlum olub. 

Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradovun Simsar.az-a verdiyi məlumata görə, bu stansiyanın giriş və çıxışları Binəqədi rayonunun 8-ci mikrorayonu ərazisinə düşür. 

E.Muradov həmçinin qeyd etdi ki, iyunun 15-də “Dərnəgül” stansiyasının açılışı olacaq və stansiya sərnişinlərin istifadəsinə veriləcək.

27 May, 2011  20:34 Baxılıb: 1306

Bu bölmədə