Simsar.az | bizi özünüzə Simsar bilin
Onlar SIMSAR.AZ -ı təbrik etdilər

Simsar.az saytının 6 yaşı münasibətilə gələn təbriklərin ardı-arası kəsilmir.

Kikboks Federasiyasının prezidenti millət vəkili Adil Əliyev: "Simsar.az ədalətli, prinsipial mövqeyini qoruyub saxlayan bir saytdır. Kollektivi 6 yaşı münasibətilə təbrik edirəm, uğurlar arzu edirəm. Bundan sonra 16, 26 yaşını bir yerdə qeyd edək”.

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri, YAP siyasi şurasının üzvü Qafar Əliyev: “Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası müstəqilik  əldə etdikdən sonra ölkəmizdə əldə edilən ən böyük uğurlardan biri azad medianın və kütləvi informasiya vasitələrinin yaranmasıdır. Ölkəmizdə media sahəsində,   KİV sahəsində özün məxsus yeri olan orqanlardan biri də Simsar.az saytıdır. Mən də həmişə Simsar.az saytına müsahibələr verib, orada olan məlumatları izləmişəm. Qısa müddət ərzində əldə etdiyiniz  uğurlara görə sevinirəm. Sizə dərin təşəkkür edirəm ki, bu media bolluğunda özünüzə yer tutmusunuz. Gələcək fəaliyyətinizdə yeni uğurlar  arzulayıram”.

Kikboks Federasiyasının vitse prezidenti Səbuhi Rəcəb:"Simsar.az saytının 6 yaşı olur. Mən də bu saytı 5 ilə yaxındır ki tanıyıram. Həmişə hörmət bəslədiyim sayt olub. Başqa saytlardan fərqli olaraq reytinq xətrinə nə gəldi yazmırlar. Səliqəli, və hər sözün yerini bilən saytdır. Bu keyfiyyətləri hər zaman qorumağı və uzunömürlü olmağı arzu edirəm."

Xalq artisti Faiq Ağayev: “Simsar.az saytına yeni-yeni qələbələr arzulayıram. Bu illər ərzində təriflənəsi çox işlər görmüsünüz.  Həmişə belə olsun. Mehriban kollektivinizə sevgi və hörmətlə".

Əməkdar artist, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov: “Mənə doğma olan saytdır. Bu kollektivə Allahdan can sağlığı arzu edirəm. Cansağlığı olmasa, sayt da işləməz. İşinizdə də  uğurlar diləyirəm. Simsarda peşəkar jurnalistlər işləyir. Sevinirəm ki, bizdə də belə saytlar və jurnalistlər var”.

Aktyor Anar Heybətov: “ Simsar.az saytını özümə doğma sayıram. Biz sayt açılan vaxtlardan indiyənə kimi  dostluq edirik. Mənim haqqımda da yazılar gedib. Təbrik edirəm, oxucu sayının artmasını arzu edirəm. Uzunömürlü olsun, uğurlarınız çox olsun".

Psixoloq Elnur Rüstəmov:“Simsar.az-ı ilk günlərdən izləyirəm, yaxşı kollektivi var . Azərbaycan mətbuatında Simsar.az-ın hər zaman öz dəsti-xətti olub və ümid edirəm ki, bundan sonra da olacaq. Bu saytın öz fəlsəfəsi var. Milli adət-ənənəyə bağlı olan saytdır. Elə məsələlər var ki, onları Simsar.az-da görə bilməzsən. Bu da təqdirəlayiqdir. Uğurlar diləyib, təbrik edirəm”.

Nihadə Eyyubova

18 Fevral, 2017  14:28 Baxılıb: 1564

Bu bölmədə