Simsar.az | bizi özünüzə Simsar bilin
SİMSARIN HİT LİDERİNİN ADI MƏLUM OLDU

Röyanın “Dostumsan, yoxsa sevgilim” mahnısı birincilik qazandı

“HİT-SİMSAR” layihəsində bu həftənin lideri Röyanın “Dostumsan, yoxsa sevgilim” mahnısıdır. Tamaşaçıların səsverməsinə əsasən ikinci yeri Faiq Ağayevin “Bal kimi” mahnısı, üçüncü yeri isə Aygün Kazımova və Miri Yusifin “Petrol” mahnısı qazanıb. 10 mahnı arasında dördüncü yerdə “Görüş yeri” (İlhamə Quliyeva), beşinci yerdə isə “Neyləyim” (Coşqun Viləş) mahnılarıdır. 

Layihənin şərtlərinə görə, liderdən sonrakı dördlük həftənin növbəti cümə gününədək bir daha müsabiqəyə qatılmaq şansı qazanır. Sonrakı 5 mahnı isə Teymur Əmrahın “Sən görən əvvəlki cavan deyiləm”, Natəvan Həbibinin “Ulduzlar”, Sevda Yahyayevanın “Sənsiz”, Zamiqin “Sən necə də gözəlsən”, Ayazın “Gözlərinin əsiri” mahnısı ilə əvəzlənir.

Layihənin məqsədi dinləyicilərin zövqünü öyrənməkdir.

Simsar.az

27 May, 2011  19:50 Baxılıb: 1568

Bu bölmədə