Simsar.az | bizi özünüzə Simsar bilin
İtaliyalı nazir Bakıya gəlir

İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda gələn həftə Bakıya işgüzar səfərə gələcək. Bu barədə Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumatda deyilir. Verilən məlumata görə, fevralın 23-də İtaliyanın iqtisadiyyat naziri Karlo Kalendanın rəhbərlik etdiyi biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək.

18 Fevral, 2017  12:44 Baxılıb: 1635

Bu bölmədə