Avtobusları çirkləndirən sərnişinlər DİQQƏT
Bakıda sərnişin avtobuslarını çirkləndirən sərnişinlərə qarşı tədbirlərə başlanıb. “BakuBus”ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin verdiyi məlumata görə, marşrut xəttindən qaraja qayıdan avtobusların salonuna diqqət yetirərkən heyrətlənməmək, təəssüf hissi keçirməmək mümkün deyil: “Gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılan avtobusun salonunda gecə yarısı qayıdarkən nələr aşkar olunmur? Müxtəlif növ məişət tullantıları, salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları v.s. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir”. M. Piriyev qeyd edib ki, bununla bağlı araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən sərnişinlərin kimliyi aşkar olunub: “Həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək”.M. Piriyev sərnişinləri avtobuslardan istifadə edərkən təmizlik qaydalarına riayət etməyə və digər sərnişin tərəfindən bu kimi hallara yol verildiyini müşahidə etdikləri zaman dərhal “BakuBus”un *4242 qaynar xəttinə müraciət etmələrini xahiş edib. (apa)
17 Fevral, 2017 15:43 ⁄ Baxılıb: 1487
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |