Simsar.az | bizi özünüzə Simsar bilin
Qarlı hava ilə bağlı Bakı Avtovağzalından açıqlama

Qarlı hava rayonlardan gələn marşrutların fəaliyyətinə təsir etməyib. Bu barədə Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib. Onun sözlərinə görə, səhər saatlarında bölgələrdən Bakı istiqamətinə start götürən marşrut avtobusları paytaxta qrafikə uyğun çatıb:

"Marşrut avtobuslarının qrafikində gecikmələr yoxdur. Bakıdan da bölgələrə gedən avtobusların hərəkətində də gecikmələr olmayıb".

17 Fevral, 2017  15:40 Baxılıb: 769

Bu bölmədə