“Fidan əsl primadonnadır”
“Maestro əmindir ki, Fidan dünyanın ən yaxşı opera səhnələrində bu rolların öhdəsindən gələ bilər” “Bravo, Fidan! Afərin!”. Gurultulu alqış sədaları səngiyəndən sonra məşhur italyan dirijoru Canluka Martsianonun dediyi ilk sözlər belə oldu. Məşhur italiyalı dirijor Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin “Aida” operasında Misir şahının qızı Amneris rolunda Azərbaycanın Əməkdar Artisti Fidan Hacıyevanın çıxışına valeh olub. SİMSAR.AZ-ın məlumatına görə həmin axşam Azərbaycan vokalçısının nümayiş etdirdiyi belkanto - italyan opera müğənnilərinə xas olan gözəl oxu tərzinə valeh olduğunu gizlətməyən tələbkar maestro Fidan Hacıyevanın tələffüzünün əsl italyan şivəsi təsiri bağışlamasını qeyd edib. Tamaşadan dərhal sonra Canluka Martsiano Fidan Hacıyevaya iki yeni rol – Donisettinin “Favoritka” operasında Leonora və Motsartın “Hamı belə edir” operasında Dorabella rolunu hazırlamağı təklif edib. Maestro əmindir ki, Fidan dünyanın ən yaxşı opera səhnələrində bu rolların öhdəsindən gələ bilər.
27 May, 2011 19:21 ⁄ Baxılıb: 1334
Bu bölmədə26 Aprel, 2024 Mahsun Kırmızıgül Bakıya gəlir22 Noyabr, 2022 Avroviziyada Türkiyə də səs verəcək21 Noyabr, 2022 Rəşad Dağlının ailəsindən müraciət21 Noyabr, 2022 Britni Spirs “Instagram” hesabını sildi1 Noyabr, 2021 Ləman: "Sənətimə qazanc mənbəyi kimi baxmıram..." |