Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiya XİN: "Dağlıq Qarabağı tanımırıq"

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda qondarma "referendum" keçirilməsi ilə bağlı məlumatla əlaqədar bəyanat yayıb.

TASS xəbər verir ki, Rusiya XİN-in mətbuat xidmətinin bəyanatında Moskvanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı qeyd olunub.

"Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Statusun Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməsinin vacib olduğunu güman edirik", - bəyanatda deyilir.

17 Fevral, 2017  13:28 Baxılıb: 1443

Bu bölmədə