Simsar.az | bizi özünüzə Simsar bilin
Ruhi xəstəni don vuraraq öldürüb

Bakıda ruhi əsəb dispanserində müalicə alan 60 yaşlı kişini küçədə don vurub. 1957-ci il təvəllüdlü Hacıyev Vilayət Səxavət oğlu don vurmuş vəziyyətdə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserinə aparılıb. Daha sonra 3 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirilib. Həkimlərin səylərinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.

V.Hacıyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserdən bildirilib ki, V.Hacıyev orada qeydiyyatda olsa da, daimi qalmayıb: "Sadəcə xəstəxanaya tez-tez gəlib-gedirdi". (Report)

17 Fevral, 2017  13:26 Baxılıb: 1253

Bu bölmədə