Simsar.az | bizi özünüzə Simsar bilin
"Azəriqaz": Bakıda qaz sızması olub

Bakının Yasamal, Səbail, Sabunçu və Xəzər rayonlarında qaz verilişi yaxın saatlarda bərpa olunacaq.

Bu sözləri eksklüziv olaraq Trend-ə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, qaz verilişi qaz borularının birində baş vermiş sızma səbəbi ilə məhdudlaşdırılıb. “Problemin aradan qaldırılması üçün Bakının Yasamal, Səbail, Sabunçu və Xəzər rayonlarında qaz verilişini məhdudlaşdırmalı olmuşuq. Qaz verilişi işlərin başa çatmasında sonra bərpa olunacaq”.

16 Fevral, 2017  17:00 Baxılıb: 1451

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası