Simsar.az | bizi özünüzə Simsar bilin
Xalq artisti Şahnaz Haşımova vəzifəsindən azad olundu

Xalq artisti Şahnaz Haşımova Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsindən azad olunub. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun APA-ya verdiyi məlumata görə, nazir Əbülfəs Qarayev bu barədə müvafiq əmr imzalayıb. Bu vəzifəyə Gülçin Mirzəyeva təyin olunub.  Qeyd edək ki, Ş.Haşımova Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin konsertlərinə bədii rəhbərlik və təşkilatçılıq edir.

16 Fevral, 2017  16:35 Baxılıb: 2099

Bu bölmədə