Simsar.az | bizi özünüzə Simsar bilin
Dövlət Gömrük Komitəsində siqaret əməliyyatı

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Simsar.az-a  verilən məlumata görə, gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin arxa buferində, yük yerində və oturacaqlarının içərisində cəmi 9200 ədəd "Kent" və "Marlboro" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

16 Fevral, 2017  16:01 Baxılıb: 1413

Bu bölmədə