“Turkvision-2017” müsabiqəsi Qazaxıstanda keçiriləcək
Türkdilli ölkələrin müasir estrada musiqisi yarışması – “Turkvision” bu il Qazaxıstanda keçiriləcək. APA-nın “inform.kz” saytına istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin mədəniyyət və incəsənət işləri üzrə direktoru Almaz Nurazxan deyib. “2017-ci ilin ən mühüm tədbirlərindən biri “Turkvision” müasir estrada musiqisi yarışmasıdır. Bu yarışma türkdilli xalqların ümumi köklərini təbliğ edir. Müsabiqə ilk dəfə ölkəmizdə keçiriləcək və bu məsələ artıq razılaşdırılıb. Biz qonaq qismində əvvəlki müsabiqələrin qaliblərini dəvət edirik”, - deyə A. Nurazxan söyləyib. Qeyd edək ki, “Turkvision” müasir estrada musiqisi yarışması hər il keçirilir. Burada həm türkdilli ölkələrin nümayəndələri, həmdə türk əsilli ifaçısı olan digər ölkə və regionlar iştirak edə bilər. Müsabiqə ilk dəfə 2013-cü ildə Türkiyədə, Əskişəhərdə keçirilib.
16 Fevral, 2017 14:31 ⁄ Baxılıb: 1805
Bu bölmədə20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu1 Noyabr, 2023 Aybəniz Haşımova və tələbələri Biləsuvarda6 Dekabr, 2022 Xurşidbanu Natəvan” tamaşasına baxış keçirilib. |