Simsar.az | bizi özünüzə Simsar bilin
Xanlar Vəliyev: “Aprel hadisələri ilə bağlı istintaq hərəkətləri aparılır”

“Təkcə aprel hadisələri deyil, ümumiyyətlə, hərbi hissələrdə istər öz hərbçilərimizin, istərsə də Ermənistan silahlı qüvvələrinin törətdiyi hər bir kriminal hadisə, insanlıq əleyhinə olan hadisə prokurorluq tərəfindən dərhal fiksə olunur, hadisə yerləri müayinə edilir, cinayət işi başlanılır”. Bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib. Onun sözlərinə görə, aprel hadisələri ilə bağlı da cinayət işi başlanılıb: “Erməni silahlı qüvvələrinin qətlə yetirdiyi Azərbaycan əsgərlərinin meyitləri müayinə olundu, lazımi istintaq əməliyyatları aparılıb. Ermənistanın hərbi qüvvələri tərəfindən Azərbaycanın Tərtər rayonunun kəndinə beynəlxalq faktlarla istifadəsi qadağan olunmuş fosforlu mərmi atılmasına da dair istintaq hərəkətləri aparılır. Xarici ölkələrin Azərbaycanda təmsil olunan diplomatik nümayəndəlikləri də orada iştirak ediblər. Yəni işlər gedir. Bunun beynəlxalq ictimaiyyətə də çatdırmaq istiqamətində də işlər görülür. Həm prokurorluq , həm də aidiyyəti orqanlar tərəfindən işlər aparılır”.

16 Fevral, 2017  13:22 Baxılıb: 1511

Bu bölmədə