Simsar.az | bizi özünüzə Simsar bilin
Əfqanıstanda yaralanan səfir öldü

Bir ay əvvəl Əfqanıstanın Qəndahar şəhərində törədilən terror aktı zamanı xəsarət alan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu ölkədəki  səfiri Cuma əl-Kaabi ölüb. APA-nın məlumatına görə, bu barədə “Khaama Press” Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, hadisə yanvarın 11-də Qəndahar əyalətinin qubernatoru Qamayun Əzizinin qonaq evində, onun BƏƏ səfiri ilə görüşü zamanı törədilib. Hadisə nəticəsində 7 nəfər ölüb, 18 nəfər yaralanıb. Ölənlərdən 5-i BƏƏ vətəndaşıdır.

15 Fevral, 2017  18:47 Baxılıb: 1641

Bu bölmədə