Simsar.az | bizi özünüzə Simsar bilin
Sərxoş xəstə intihar etmək istədi

Bakıda xəstə sərxoş vəziyyətdə müalicə aldığı xəstəxanada intihar etmək istəyib. “Report”un xəbərinə görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən T.Quliyev adına xəstəxanada qeydə alınıb. Zaqatala rayon sakini 1973-cü il təvəllüdlü B.M. sərxoş vəziyyətdə xəstəxananın dördüncü mərtəbəsindən intihar məqsədi ilə özünü atmaq istəyib. Polis əməkdaşları onu fikrindən daşındıraraq intiharın qarşısını alıb.

 

15 Fevral, 2017  17:13 Baxılıb: 1431

Bu bölmədə